Azercell Bakıda daha bir Expres ofis istifadəyə verdi

azercell-bakida-daha-bir-expres-ofis-istifadeye-verdi
Oxunma sayı: 641

Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün şirkət daha bir AzEx ofisini istifadəyə verdi. H.Cavid pros. 528-ci məhəllə ev “A” mənzil 18 ünvanında yerləşən AzEx ofisi də “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Açılış zamanı şirkətin prezidenti Kiril Qaburiç öz çıxışında Azercell şirkətinin tək Azərbaycanda deyil, bütün regionlarda “bir nöqtədə üç xidmət” konsepsiyasını təqdim edən ilk şirkət olduğunu bildirdi. Şirkətin prezidenti bu ilin sonuna qədər Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətində olduğunu qeyd etdi.
Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 18, regionlarda isə 25 Ekspres Ofisi fəaliyyət göstərir.

Nigar Məmmədli