Azercell-dən 4G indi Masallı və Cəlilabad sakinləri üçün

Azercell-dən 4G indi Masallı və Cəlilabad sakinləri üçün
Oxunma sayı: 242

Ölkəmizdə ilk dəfə 4G texnologiyasını və yüksək sürətli mobil interneti abunəçilər üçün mümkün edən Azercell Telekom bölgələrdə də bu xidmətin yayılmasına yönəlik təşəbbüslərini davam etdirir.

"Qafqazinfo" xəbər verir ki, Azercell LTE şəbəkəsinin əhatə dairəsini genişləndirərək bu dəfə Masallı və Cəlilabad şəhərlərində 4G xidmətini istifadəyə verib. Belə ki, Masallıda ümumilidə 6, Cəlilabadda isə 5 LTE stansiyası quraşdırılaraq yerli abunəçilərə yüksək sürətli mobil internetdən istifadə etməyə imkan yaratdı. 4G xidmətinə qoşulan abunəçilərinə Azercell hədiyyə olaraq 5GB həcmində mobil internet də təqdim edir. 5GB hədiyyə interneti aktivləşdirmək üçün isə abunəçilərə sadəcə olaraq “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Nəzərinizə çatdıraq ki, Bakı və Abşerondan sonra regionlarda ilk 4G xidmətləri təqdim edən operator olaraq, Azercell ötən il ərzində Gəncə, Bərdə, Şəmkir, Lənkəran və Şirvandakı abunəçiləri üçün yüksək sürətli interneti əlçatan etdi. Azercell-in bu il üçün əsas məqsədlərindən biri 4G şəbəkəsinin respublika ərazisi boyunca genişləndirilməsini davam etdirməkdir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi