Azercell-dən daha artıq hədiyyələr!

azercell-den-daha-artiq-hediyyeler
Oxunma sayı: 645

Azercell-in “NLT Telekom”la birgə keçirdiyi kampaniyaya dəyişiklik edilib. İndi kompüter alan tələbələrə daha artıq internet trafiki hədiyyə olunur. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bu il martın 10-dan etibarən keçirilən kampaniya çərçivəsində “NLT Telekom” şirkətindən portativ kompüter (noutbuk, netbook) əldə etmiş abonentə əlavə olaraq Azercell Datakart, Azercell fakturalı xətt nömrəsi və 300 MB həcmdə GPRS data trafikindən pulsuz istifadə imkanı verilirdi.

İndi isə kampaniyanın şərtləri daha sərfəli və cəlbedici olub. Belə ki, “NLT Telekom”dan kompüter alan tələbə Datakart və nömrə ilə yanaşı, hər faktura dövrü üzrə pulsuz 500MB həcmdə GPRS data trafiki (ümumilikdə 12 faktura dövrü üçün) hədiyyə olunur.
Əgər abonent hər faktura dövrü ərzində hədiyyə verilən 500 MB-lıq GPRS data trafikdən artıq işlədərsə, onda istifadə olunan hər 1 MB üçün 0,03 AZN (ƏDV xaric) məbləğində xidmət haqqı tətbiq edilir.
Bu kampaniyada 249 63 00 - 249 72 99 nömrələri iştirak edir.

Nigar Məmmədli