Azercell-dən “Hədsiz” tarif paketi!

azercell-den-hedsiz-tarif-paketi
Oxunma sayı: 1969


Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC  abonentləri üçün ardıcıl və bir-birindən maraqlı sərfəli təkliflər və unikal xidmətlər təqdim etməkdə davam edir. Şirkət bu dəfə fiziki statusa malik olan Azercell Fakturalı Xətt abunəçiləri üçün yeni tarif paketini istifadəyə verib. 15.07.2014 tarixindən etibarən Azercell abunəçilərinə təqdim olunan “Hədsiz” tarif paketinə qoşulmaqla siz aylıq 49,9 AZN abunə haqqı muqabilində inanılmaz endirim xidmətlərindən yararlana bilərsiniz.  Belə ki, bu paketə qoşulduqda abunəçi şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək,  2000 ədəd ölkədaxili  və beynəlxalq SMS göndərmək və2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur. 

 

Abunə haqqı müqabilində verilən

 

Əlavəxidmətlər

AZN ilə (ƏDV daxil)

Əlavəxidmətlər

AZN ilə (ƏDV xaric)

şəbəkədaxilidəqiqələr

3000

0.05

0.042373

şəbəkəxaricidəqiqələr

500

0.05

0.042373

SMS

2000

0.02

0.016949

İnternet MB

2000

0.20

0.169492

MMS

-

0.05

0.042373

Abunəçilər tarifə qoşulmaq üçün Azercell Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. Azercell MMC-nin Telekom şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər. Buna qədər abunəçinin xidmətlərdən istfadəsinin tarifikasiyası öncəki tarifinə uyğun olacaq.Azercell-in abunəçilərinə təqdim etdiyi “Hədsiz” tarif paketinə qoşulmaqla, sərbəst ünsiyyətdən zövq alın!