Azercell-dən jurnalistlərə bayram hədiyyəsi

azercell-den-jurnalistlere-bayram-hediyyesi
Oxunma sayı: 734


“Qafqazinfo” xəbər verir ki, şirkət Mediacell tarif paketi abunəçiləri üçün bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz edib.

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 139 il ötür. 22 iyul - ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Mill Mətbuat günü münasibətilə Azərbaycanın lider mobil operatoru, fəaliyyətə başladığı gündən media ilə əlaqələrinə böyük önəm verən Azercell Telekom ölkə jurnalistlərinə bayram hədiyyəsi hazırlayıb. Belə ki, şirkət 22.07.2014-cü il tarixində Mediacell tarif paketi abunəçiləri üçün bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz edib. Məlumat üçün bildirək ki, Mediacell tarif paketi 2011-ci ilin 4 martında Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində çalışan KİV nümayəndələri üçün təqdim edilib.

Azercell bir daha Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır!