Azercell-dən limitsiz internetlə iPhone X əldə et!

azercell-den-limitsiz-internetle-iphone-x-elde-et
Oxunma sayı: 2328

iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır. 

“Qafqazinfo” xəbər verir ki, ayda cəmi 129 manat ödəməklə abunəçilər ən müasir smartfona sahib olub, 30GB həcmində hədsiz internet paketi əldə edəcəklər. 24-30 noyabr tarixləri ərzində sifarişlərini öncədən edən müştərilərisə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində hədsiz tarifindən pulsuz yararlanacaq.       

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər sifarişi 24 – 30 noyabr tarixləri ərzində Azercell-in rəsmi vebsəhifəsində (www.azercell.com) yerləşdirməli, 1-8 dekabr tarixləri arasında isə Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur. 

Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir. 

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.