Azercell-dən “Pulsuz Smartfon” kampaniyası

azercell-den-pulsuz-smartfon-kampaniyasi
Oxunma sayı: 1615


“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın lider mobil operatoru Azercell Telekom abunəçiləri üçün müxtəlif sərfəli kampaniyalar həyata keçirməyi davam etdirir. Yay ayları boyunca abunəçilərinə yeni xdimətlər və sərfəli endirim kampaniyaları təqdim edən şirkət bu dəfə “Pulsuz Smartfon” kampaniyasına başlayır. 09 iyul -31 Dekabr 2014-cü il tarixlərini əhatə edəcək kampaniya çərçivəsində bütün - yeni, mövcud, və Azercell şəbəkəsinə MND (Mobil Nömrə Daşınma xidməti) çərçivəsində keçən SimSim abunəçiləri iştirak edə bilər. Kampaniyanın şərtlərinə əsasən abunəçilər Azercell diler və Azercell Ekspres məntəqələrinə yaxınlaşaraq öz SimSim nömrələrinin balanslarından 99 AZN ödəməklə, 1 il boyunca ölkədaxili bütün istiqamətlərə zəng edib, eləcə də SMS və İnternetdən istifadə edib Azercell-dən Pulsuz Smartfon qazanmaq imkanı əldə edəcəklər. Onu da qeyd edək ki, kampaniyaya 1 dəfə və yalnız öz adına olan nömrə ilə qoşulmaq mümkündür. Bu zaman balansdan istifadə haqqı nömrədəki cari tarifə uyğun olaraq hesablanır.

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell, həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiya və həllərdən yararlanmağa şərait yaradır. Bu gün Azercell həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa dəvət edir.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.