Azercell-dən “Tələbə 1-liyi” tarifi!

azercell-den-telebe-1-liyi-tarifi
Oxunma sayı: 745

Azərbaycanın mobil operatoru Azercell Telekom MMC tələbələrin mobil rabitə ehtiyaclarını nəzərə alaraq ölkədə ilk dəfə bütün tələbələr üçün “Tələbə 1-liyi” tarifini istifadəyə verib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azercell-in bu tarifindən bütün peşə məktəbləri və universitet tələbələri - bakalavr və magistr pilləsində təhsil alan gənclər yararlana bilər.
İndi tələbələr öz aralarında 1 dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı əldə edəcəklər. Ölkədaxili digər istiqamətlərdə isə 1 dəqiqəsi cəmi 5 qəpiyə danışacaqlar. Bundan əlavə, tələbələr arasında ən populyar xidmətlərdən biri olan SMS-dən cəmi 2 qəpiyə, Mobil internet paketlərindən isə 20% endirimlə yararlanacaqlar.
Tarifə qoşulmaq üçün tələbələr Müştəri Xidmətləri və Azercell Ekspres Ofislərinə yaxınlaşıb, sadəcə olaraq, tələbə biletlərini təqdim etməlidirlər.

Nigar Məmmədli