Azercell-dən yeni “Gecə tarifi” kampaniyası ilə 1 dəqiqə cəmi 2 qəpik

azercell-den-yeni-gece-tarifi-kampaniyasi-ile-1-deqiqe-cemi-2-qepik
Oxunma sayı: 8182


Beləliklə, 21 may tarixindən etibarən şirkət bütün SimSim abunəçiləri üçün xüsusi Gecə Tarifi Kampaniyasına başlayır. Kampaniyanın keçiriləcəyi müddət ərzində abunəçilər gecə saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili zənglər zamanı inanılmaz güzəştlə danışacaqlar. Belə ki, qeyd olunan saatlarda şəbəkədaxili zənglər 1 dəq 2 qəpik tarifi ilə hesablanacaq. Kampaniyaya qoşulmaq üçün abunəçilər 9888 qısa nömrəsinə boş SMS göndərməlidirlər. Kampaniyadan imtina etmək üçün isə abunəçi STOP sözünü yazıb, 9888 qısa nömrəsinə göndərə bilər. Göndərilən SMS-in qiyməti 1 qəpik təşkil edir. Onu da bildirək ki, yeni kampaniya 21.08.2014 tarixinə qədər, yəni düz 3 ay davam edəcək.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar müştəri xidmətləri və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.