Azercell-dən zəvvarlara endirim

azercell-den-zevvarlara-endirim-
Oxunma sayı: 646

12 oktyabr tarixindən etibarən Azərbaycandan müqəddəs Həcc ziyarətinə yollanan ilk zəvvarlar üçün Azercell Telekom xüsusi endirim kampaniyası elan edib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, kampaniya çərçivəsində oktyabrın sonuna kimi Səudiyyə Ərəbistanında olan azercelllilər güzəştli rouminq tariflərindən yararlana biləcəklər.

Beləliklə, Səudiyyə Ərəbistanının “Mobily (Etihad Etisalat)” mobil operatorunun şəbəkəsindən istifadə edən Azercell Fakturalı Xətt abonentləri daha aşağı tariflərlə danışır, SMS göndərə bilirlər. Bu müddət ərində fakturalı xətt abonentləri bütün istiqamətlərə zənglərin 1 dəqiqəsi üçün 0,70 AZN ödəyirlər. Eyni zamanda, hər istiqamətə 1 SMS 10 qəpik, istifadə edilən hər 1 MB internet trafiki üçün isə 70 qəpik tarifi tətbiq edilir.

Bu kampaniya Səudiyyə Ərəbistanında səfərdə olan zəvvarların doğmaları ilə daha rahat və sərfəli şəkildə ünsiyyətdə olmasına imkan verir. Azercell Telekom MMC hər kəsin Həcc ziyarətinin qəbul olmasını arzulayır, onlara xoş səfər diləyir.

Nigar