Azercell gənclərə məşhur olmaq şansı verdi

azercell-genclere-meshur-olmaq-sansi-verdi
Oxunma sayı: 640

Azercell Telekom daha bir unikal layihəni gənclərə təqdim edib. Belə ki, “Məşhurluğa aparan daha qısa yol!” adlı layihə kreativ gənclər üçün geniş imkanlar açır. Azərbaycanda yaradıcı və qeyri-adi təxəyyülü olan insanlar üçün şirkət tərəfindən yaradılan httr://onair.azercell.com rotalı vasitəsilə gənclər öz yaradıcılıq nümunələrini – foto və videolarını, musiqi əsərlərini və yazılarını – nümayiş etdirə, onları sosial şəbəkələrdə paylaşa və insanların rəğbətini qazanmaq imkanı əldə edirlər.

OnAir gənclərə nəinki məşhurlaşmaq, həm də sevdiyin işi görüb dəyərli hədiyyələr qazanmaq şansı verir. Layihəyə qoşulmaq isə olduqca asandır. Bunun üçün əvvəlcədən elan olunmuş mövzuda hazırlanmış yaradıcılıq nümunələrini portala yükləyib, onları sosial şəbəkələrdə paylaşmaq və səs torlamaq yetərlidir. Ən çox səs torlayan işlər dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Yaradıcılıq nümunələri həmçinin Azercell tərəfindən də qiymətləndiriləcək və ilk üç yerin sahibinə pul mükafatı təqdim olunacaq.

Məlumat üçün bildirək ki, işlər dörd kateqoriya üzrə qəbul olunur: foto, video, musiqi və yazı. Foto kateqoriyasında iştirak etmək istəyən gənclər “Eurovision həyəcanını Azercell-lə yaşa!” mövzusunda öz əsərlərini təqdim edə bilərlər. Bir istifadəçi portala maksimum üç foto yerləşdirə bilər. Bütün işlər müəyyən texniki göstəricilərə cavab verməlidir. Ən çox səs torlayan foto Azercell-dən “Phillirs” elektron fotoçərçivəsi qazanacaq. Musiqi sahəsində öz istedadını sınamaq istəyənlər istənilən musiqi yanrına müraciət edə bilərlər. Əsas şərt ondan ibarətdir ki, Azercell-in rəsmi melodiyasının əsas notları səslənməli və “Azercell-lə yaşa, daha yaxşı yaşa!” sözləri istifadə olunmalıdır. Yeni bəstədə orijinal sözlərə uyğun, əlavə sözlər də istifadə oluna bilər. Ən çox səs torlayan musiqi Azercell-dən “Behringer UMX610” midi klaviaturası qazanacaq. Video kateqoriyasında isə “Sənə bağlıyam, Azərbaycan!” mövzusunda çəkilən sujetlər müəyyən texniki göstəricilərə cavab verməlidir. Ən çox səs torlayan video Azercell-dən “Sony HD” əl kamerası qazanacaq. Layihədə iştirak etmək istəyən gənclər öz fotolarını 14 iyun, video və musiqi parçalarını isə 4 iyula qədər httr://onair.azercell.com portalına yükləməlidirlər.