Azercell gəncləri mobil texnologiyalara daha yaxın edir

azercell-gencleri-mobil-texnologiyalara-daha-yaxin-edir
Oxunma sayı: 691



Məlumat üçün bildirək ki,  texnoloji yeniliklərin Azərbaycan bazarında tətbiqində lider olan Azercell-in dəstəyi ilə keçirilən "Baku TechTalks”  proqramının əsas məqsədi müzakirələr əsnasında İT icması üçün maraqlı və faydalı məlumatların paylaşılmasıdır. Tədbirdə  İnformasiya və Kommunikasiya Texnologiyalarının müxtəlif sahələrindən olan mütəxəssislər  iOS, Android, Blackberry və Windows Phone platformaları və Mobil tətbiqetmələrin yaradılmasının biznes fəaliyyətinə çevrilməsi imkanları haqqında danışıblar. Eyni zamanda tədbirdə  Azərbaycanda mobil tətbiqetmələr üçün bazar imkanları haqqında müzakirələr aparılıb və peşəkar mütəxəssislər öz təcrübələrini gənc proqramçılarla bölüşüblər.  Tədbirdə, həm də,  Azərbaycanda mobil tətbiqetmələr bazarında vəziyyət və onun inkişafı üçün təkliflər  irəli sürülüb, müzakirələr aparılıb.

Tədbirin sonunda müzakirələrdə ən fəal  iştirak edən gənclərə Azercell tərəfindən qızıl seriyalı nömrələr, digər iştirakçılara isə Fakturalı xətt nömrələri hədiyyə olunub. 

Azercell Telekom gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak etmişdir.