Azercell ilk dəfə 4G-nin sınaqlarını keçirəcək

azercell-ilk-defe-4g-nin-sinaqlarini-kecirecek
Oxunma sayı: 674

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azercellin Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu laboratoriyada mobil rabitədə son üç nəsil texnologiya - 2G (GSM), 3G ( WCDMA/UMTS) və 4G (LTE) radio-baza stansiyaları qurulub. Bu, nəinki Azərbaycanda, ümumiyyətlə regionda bu səviyyədə və bu bahalıqda texnologiya ilə təchiz olunan ilk laboratoriyadır.

Laboratoriyanın açılışında iştirak edən Azercellin prezidenti Ali Ağan əməkdaşlığa görə Qafqaz Universitetinin rəhbərliyi və əməkdaşlarına minnətdarlığını bildiriB: “Həmçinin, bu çətin işin ərsəyə gəlməsində əməyi olan Azercell işçilərinə də təşəkkür edirəm. Bu laboratoriya sadəcə bir yenilik deyil, həmçinin şirkətimizin peşəkar kadrların inkişafına, nəzəri biliklərin təhsildə tətbiqi bacarıqlarla güclənməsinə və ən vacibi, ölkəmizdə təcrübəli və savadlı mühəndislərin yetişdirilməsinə verdiyimiz önəmin rəmzidir”.

Nigar Məmmədli