Azercell ilk dəfə olaraq...

azercell-ilk-defe-olaraq
Oxunma sayı: 651

Azercell Telekom oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən KİV nümayəndələri üçün təlim kursu təşkil edib. “Qafqazinfo”nun məlumatına görə, təlim proqramında media nümayəndələrinə ilk əvvəl Azercell haqqında və eyni zamanda şirkətin indiyə qədər həyata keçirdiyi bir sıra sosial layihələr haqqında məlumat verilib. Daha sonra hal-hazırda jurnalistikada çox aktual bir mövzuya çevrilən Sosial Media barədə təlim təqdim olunub. Sözügedən təlimdən sonra bu yöndə xeyli müzakirələr aparılıb.

Eyni zamanda jurnalistlər üçün xüsusi interaktiv “Təqdimat bacarıqları” təlimi keçirilib. Layihə çərçivəsində regional media nümayəndələri dünyada baş verən jurnalistika sahəsində aktual meyllərlə tanış olub, bir-biriləri ilə tanışlıq imkanı qazanıblar.
Xatırladaq ki, Azercell Telekom MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi ingilis dili kursları təşkil olunmaqdadır. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı – Mediacell tarifini hazırlamışdır. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir.

Nigar