Azercell-in “Karbon Kalkulyatoru” işə düşür

azercell-in-karbon-kalkulyatoru-ise-dusur
Oxunma sayı: 633

Azercell Telekom MMC ətraf mühitin müdafiəsi sahəsində unikal bir təşəbbüslə çıxış edib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq yalnız Azercell abonentləri atmosferə ifraz olunan karbon qazının miqdarını ölçə biləcəklər.
“Karbon Kalkulyatoru” adlı layihənin məqsədi ətraf mühitin müdafiəsi ilə bağlı maarifləndirməni gücləndirmək, həmçinin yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaqdır.

Azercell qlobal iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə bu cür təşəbbüslə çıxış edən ilk Azərbaycan şirkətidir. Belə ki, tək Azercell abonentləri yox, həmçinin bütün Azərbaycan vətəndaşları istənilən yerdə olarkən gündəlik həyatda “Karbon Kalkulyatoru”ndan istifadə edərək, atmosferə ifraz olunan karbon qazının miqdarını hesablaya biləcəklər. Bu isə hər bir kəsə ətraf mühitə hansı dərəcədə təsir göstərdiyini aydın şəkildə görməyə və izləməyə imkan verəcək.
“Karbon Kalkulyatoru”ndan istifadə etmək üçün: www.azercell.com/carbon

Nigar Məmmədli