Sərgi iştirakçıları müxtəlif mövzulara həsr etdikləri fotoşəkilləri əvvəlcədən özlərinin Instagram hesablarına yükləyiblər. İştirakçılar həmçinin sərginin xüsusi informativ posterini öz hesablarında bölüşüblər. Şəxsi şəkillər üçün sərgi məkanının 2-ci mərtəbəsində xüsusi otaq ayrılıb.
Hələ sərgidən öncə baş sponsor “Azercell Telekom” MMC iştirakçılar arasında "I Love Azercell" (“Mən Azercell-i sevirəm”) mövzusunda müsabiqə elan etmişdi. İştirakçılar 19 mart-7 aprel tarixləri arasında bu mövzuda çəkdikləri şəkilləri #ILoveAzercell açar sözü ilə Instagram hesabına yükləyiblər. Instagram bazasında #ILoveAzercell açar sözlü ən çox bəyənilmiş üç Instagram şəklindən biri Azercell-in münsiflər heyəti tərəfindən seçilərək qalib hesab olunub və onun sahibi Azercell-dən hədiyyə qazanıb.
“Azercell Telekom” MMC klassik incəsənətlə yanaşı müasir mədəniyyətin də inkişafını dəstəkləyən şirkətlərdən biridir. Lider mobil operator sosial şəbəkələrdə fərqli layihələr həyata keçirir və öz istifadəçilərinə Facebook şəbəkəsindən pulsuz istifadə etmək imkanı yaradır.