Azercell-lə “Bütün Azərbaycana bağlan!”

azercell-le-butun-azerbaycana-baglan
Oxunma sayı: 638

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar abunəçilərə yeni “Bütün Azərbaycana bağlan!” kampaniyası təqdim edilib. Artıq tarif paketindən asılı olmayaraq Azercell Fakturasız Xətt abunəçiləri (SimSim) bütün Azərbaycanla bir qiymətə - dəqiqəsi 5 qəpiyə danışacaqlar! Kampaniyaya qoşulmaq üçün balansa ən azı 5 AZN dəyərində danışıq kartı yüklənməlidir. Kart balansa yüklənən andan etibarən bütün Azercell abunəçiləri 30 gün ərzində ölkə daxilində 1 dəqiqə= 5 qəpik tarifi ilə danışa biləcəklər. Əlavə hec bir gözlənilməyən xərc yoxdur!

Eyni zamanda kampaniyaya qoşulan GəncSim abonentlərinin 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı olduğu kimi qalır.

Nigar Məmmədli