Azercell-lə yaşa...

azercell-le-yasa
Oxunma sayı: 876

“Azercell Telekom” öz abonentlərinə təqdim etdiyi bütün işlərdə qlobal və yerli resursların səfərbər olunmasında tarazlığa nail olmaq məqsədilə Dəyər Təklifini yeniləmək üçün “Brendin Yeni Mövqeyinin Təyin olunması” layihəsinə başlayıb. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, yeni brendin təqdimatı strategiyasını formalaşdırmaq üçün hazırlanan layihəyə mövqeyin seçilməsində aparıcı şirkət sayılan “Trout&Partners”-in (http://www.troutandpartners.com/) dəstəyi ilə başlanılıb. Məqsəd Azercell abonentlərinin müəyyən etdiyi brend dəyərlərinə sadiq qalmaqla yanaşı, həm də onların ehtiyaclarına uyğun olan strategiya hazırlamaqdır.
Yeni brendin təqdimat strategiyası yerli telekommunikasiya bazarında Azercell-in aparıcı mövqeyinin güclənməsinə yönəlir. Bu baxımdan, artıq “Azərcell-lə yaşa, daha yaxşı yaşa!” çağırışı hər kəs üçün yeni söz birləşməsinə və yeni strategiyanın nəticəsi kimi formalaşan Azercell-in yeni melodiyasına çevrilib. Musiqisi Vaqif Gərayzadə, sözləri Teymur Məmmədova məxsus olan bu jingle (melodiya) daha mehriban mühit, müsbət əhval-ruhiyyə yaradır, şirkətlə abonentlər arasındakı münasibətləri gücləndirmək üçün xüsusi önəm daşıyır.

TeliaSonera dünyada ilk olaraq rominq, 4G və genişzolaqlı İnterneti təqdim etməklə bütün sərhədləri aşaraq müştərilərlə iş sahəsində zəngin təcrübəsini yayan qlobal bir aləmdir. Bu qurumun gücü sayəsində Azercell öz abonentlərinə dünya miqyasında tətbiq edilən yeniliklər, modern texnologiyadan yararlanmaq imkanı verir. Azercell təqdim etdiyi məhsulların abonentlərin ehtiyac və istəklərinə uyğun olmasını təmin etmək üçün müştərilərini daha diqqətlə dinləyir.

Beləliklə, qiymət siyasətində dəyişikliklər, daha mülayim tariflər, hesablama sisteminin şəffaflığı, yeni cəlbedici kampaniyalar və bu kimi digər meyarlar Azercell-i öz istehlakçılarına daha da yaxınlaşdıracaq və onlar Azercell xidmətlərindən daha uyğun və daha rahat şəkildə istifadə edəcəklər.

Nigar Məmmədli