Azercell Londonda Texnoloji Foruma qatılıb

azercell-londonda-texnoloji-foruma-qatilib
Oxunma sayı: 638

11-14 iyun tarixlərində Londonda Telekommunikasiya sahəsində mötəbər beynəlxalq konfrans baş tutub. 2-ci M2M (Machine to Machine Communication) Avropa Forumunda dünyanın bir çox ölkələrinin, həmçinin Azərbaycanın lider mobil operatoru olan Azercell Telekom MMC-nin təmsilçisi iştirak edib.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Avropa və Skandinaviya ölkələrinin telekommunikasiya liderlərinin qatıldığı M2M Forumunda Telecoms IQ, Sony, Deutsche Telecom, Telefonica Digital, Vodafone Group Service, Swisscom, Avea və digər şirkətlərin nümayəndələri i.tirak edib. Forumun ikinci günü Azercell Telekom MMC-nin Əlavə Dəyər Xidmətləri Departamentinin Məhsulların İdarəedilməsi şöbəsinin rəhbəri Samir Məhərrəmov çıxış edib. O, M2M sistemində Əlavə Dəyər Xidmətlərinin tətbiqi ilə bağlı sessiyada məruzəçi qismində çıxış edib. S.Məhərrəmov həmçinin, M2M texnologiyasının tətbiqində gəliri artırmağın üsulları ilə bağlı sessiyada diskussiyalara qatılıb.
Forum çərçivəsində 19 innovativ tematik araşdırmalar təqdim olunub. Qeyd olunub ki, əgər indi rabitə bazarında 110 milyon M2M birləşməsi mövcuddursa, 2016-cı ilə qədər bu göstərici 365 milyona qədər artacağı gözlənilir.

Forumda M2M modelinin daha effektiv tətbiqi, müştərilərin tələblərinə cavab verən tamamilə yeni texnologiyaların yeridilməsi, gəlirin artırılması kimi məsələlər müzakirə edilib. M2M biznes proseslərinin avtomatlaşdırmasına nail olmaq üçün telekommunikasiya və informasiya texnologiyalarını birləşdirən bir sistemdir. Bu platforma müxtəlif sahələrdə, həmçinin “Ağıllı ev” layihəsində tətbiq olunur. Abonent bir SMS vasitəsilə mənzilinin təhlükəsizliyini təmin edir, isitmə sistemini işə salır, yeməyi isidə bilir, evdəki sistemləri istədiyi kimi idarə edir. M2M modeli vətəndaşa bir çox əməliyyatı avtomatlaşdırılmış halda həyata keçirməyə imkan verir. Hazırda dünyada GSM əsaslı M2M sistemləri daha çox təşəkkül tapıb.

Artıq Avrasiya məkanında əməkdaşlığını gücləndirən Azercell Telekom indiyə kimi dəfələrlə bu cür mötəbər tədbirlərdə ölkəmizi təmsil edib. Şirkətin rəhbər nümayəndələri İspaniya, İtaliya, digər Avropa ölkələri, hətta, Amerikada keçirilən beynəlxalq konqres və konfransların iştirakçısı olub. Bu vaxta qədər Azercell dəfələrlə nüfuzlu beynəlxalq mükafatlara da layiq görülüb.

Nigar