Azercell Minskdə ölkəmizi təmsil edib

azercell-minskde-olkemizi-temsil-edib
Oxunma sayı: 642

Azercell Telekom ölkəmizi daha bir beynəlxalq sərgidə təmsil edib.

“Qafqazinfo” xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda Azercell özünün ən son yeniliklərini, 3G və 4G texnologiyalarını, korporativ strukturlar üçün M2M texnologiyaları üzərində çalışan müxtəlif xidmətləri, eləcə də şirkətlər üçün mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan Virtual ATS xidmətini təqdim edib.

Qeyd edək ki, Azercell dəfələrlə ölkəmizi beynəlxalq sərgi və konfranslarda uğurla təmsil edərək nüfuzlu mükafatlara layiq görülüb.