Azercell nüfuzlu keyfiyyət sertifikatını alıb

azercell-nufuzlu-keyfiyyet-sertifikatini-alib
Oxunma sayı: 649

Azercell-in Telefon Mərkəzi, hətta, aid olduğu TeliaSonera şirkətlər qrupu arasında da bu səviyyəyə çatan ilk qurumdur. EN15838 keyfiyyət sertifikatı müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət verən Avropa standartıdır. Bu norma Azad Ticarət Avropa Assosiasiyası (EFTA -European Free Trade Associations) üzvləri və Avropa məkanındakı 30 ölkə tərəfindən qəbul edilib.
EN15838 keyfiyyət sertifikatı müştəri məmnuniyyətini yüksəltmək, narazı abonentlərin sayını azaltmaq, telefon mərkəzləri əməkdaşlarının bacarıqlarını artırmağı nəzərdə tutur. Bu standartın tələblərinə görə, mərkəz işçiləri xüsusi təlimlər keçməli, müştərinin sualını qəbul edib düzgün istiqamətə yönləndirməli, onu gözlətməməli, qısa müddətdə probleminin həllinə yardımçı olmağı bacarmalıdırlar.

Qeyd edək ki, Azercell-in Fakturalı və Fakturasız Xətt abonentləri üçün telefon müştəri xidmətlərinin sertifikatlaşdırılması prosesi 2010-cu ildən başlayıb. Şirkətin attestasiyası ICCCI - Beynəlxalq Telefon Mərkəzlərinin Sertifikatlaşdırılması İnstitutu ilə Avstriya qurumu tərəfindən həyata keçirilib.

Azercell şirkəti Azərbaycanda müştərilərlə iş üzrə Avropa standartlarını tətbiq edən ilk milli kommersiya təşkilatıdır. Azercell, həmçinin, “Online” müştəri xidmətlərini tətbiq edən ilk telekommunikasiya şirkətidir. Bu yaxınlarda şirkət Facebook səhifəsində müştərilərə xidmət göstərməyə başlayıb. Sosial şəbəkələr vasitəsilə abonentlərin sorğu və təkliflərinin qəbulu ümumilikdə Avrasiya məkanında müştərilərə xidmət sahəsində unikal bir üsuldur.

Azercell müştərilərə telefonla xidmət sahəsində öz uğurlu təcrübəsini yaymaqla da məşğuldur. Belə ki, şirkətin təcrübəli mütəxəssisləri Call-Center işçiləri üçün daxili təlimlərlə yanaşı, digər kommersiya qurumları, hətta, Qaynar Xətt sistemi tətbiq edən dövlət təşkilatları əməkdaşları üçün də vaxtaşırı treninqlər təşkil edirlər.

Xatırladaq ki, Azercell Azərbaycanda ilk dəfə olaraq bu il İSO 10002:2004 Beynəlxalq Standartına (Keyfiyyətin idarə olunması-Müştəri məmnuniyyəti-Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimat) uyğunluq sertifikatını əldə edib.

Nigar Məmmədli