Azercell nüfuzlu mükafata layiq görüldü

azercell-nufuzlu-mukafata-layiq-goruldu
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, iyunun 19-20-də Oksfordun Seldonian Teatrında keçirilən Liderlərin Oksford Sammitində dünyanın 30 nüfuzlu universitetinin nümayəndələri şəhər idarəçiliyində yeni texnologiyaların tətbiqi mövzusunda müzakirə aparıblar. “Socrates” mükafatı EBA-nın baş direktoru, Oksford Sammitinin sədri Con Netting tərəfindən Liderlərin Oksford Sammiti çərçivəsində şirkətin təmsilçisi Hüquq və İdarə İşləri departamentinin direktoru Vahid Mürsəliyevə təqdim edilib.

Şirkətin təmsilçisi eyni zamanda üzərində “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağanın adı həkk olunmuş “İlin meneceri” medalı və qızıl suyundan hazırlanmış heykəlcik, EBA-nın sertifikatı və diplomu ilə də təltif olunub.

Məlumat üçün bildirək ki, Ötən il şirkət iki nominasiya üzrə “Socrates” mükafatına layiq görülmüşdü. Şirkətin prezidenti Ali Ağan “İlin meneceri” medalı ilə təltif olunmuşdu, “Azercell Telekom” MMC isə telekommunikasiya sahəsində öncül şirkət kimi mükafata layiq görülmüşdü.

Nigar