Azercell ötən ilə yekun vurdu

azercell-oten-ile-yekun-vurdu-
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, tədbiri açan şirkətin prezidenti Ali Ağan bildirib ki, ötən ilin sonuna Azercell abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil edib: “Azərbaycanın mobil rabiyə bazarının 55%-nə nəzarət edən Azercell-in şəbəkəsi artıq əhalinin 99,8%-ni əhatə edir”.

Şirkətin Maliyyə Departamentinin rəhbəri Əhməd Kazımov isə deyib ki, ötən il ərzində Azercell Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 170,2 milyon dollar vəsait yatırıb. Fəaliyyət göstərdiyi 15 il ərzində isə bu istiqamətdə 1 milyard 55 milyon dollara yaxın vəsait sərf edib. Azercell 2011-ci ildə dövlət büdcəsinə 136 milyon dollar, 15 ildə 1 milyard dollar həcmində vergi ödəyib. Ötən il üçün Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,85% təşkil edib. Şirkət ötən il sosial layihələrə 1,2 milyon dollar xərcləyib, insan qaynaqlarına isə 2 milyon dollar sərmayə yatırıb”.

Əlavə Dəyər Xidmətlər Şöbəsinin rəhbəri Leyla Məmmədova Azercell-in 2011-ci ilin noyabr ayında təqdim etdiyi 3G xidmətindən danışıb. Qeyd edib ki, artıq xidmətdən istifadə edən Azercel abonentlərinin sayı 600 minə çatıb: “İlin nəticələrinə görə, danışıq müddətinin həcmi 100 dəfə, trafikinin həcmi isə 400% artıb”.

Azercell-in Korporativ Ünsiyyət Şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə şirkətin bu ilin may ayında ölkəmizdə keçiriləcək “Eurovision-2012” Musiqi Yarışmasının baş sponsoru olduğunu xatırladıb və müsabiqə öncəsi müxtəlif maraqlı xidmət və kampaniyalar təqdim edəcəklərini söyləyib.

Nigar Məmmədli