Azercell ötən ilə yekun vurdu

azercell-oten-ile-yekun-vurdu-
Oxunma sayı: 1027


Bu gün Azercell Telekom MMC-nin 2013-cü ilin nəticələrinə həsr edilən mətbuat konfransı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, şirkətin prezidenti Kirill Qaburiç bildirib ki, 2013-cü il üçün əsas nailiyyət, şəbəkənin 20%-ə gədər rekord səviyyədə gücləndirilməsi olub: “Ötən il ərzində Azercell Telekom 1200-dən artıq yeni baza stansiyası quraşdırdı ki, bunlar da bütün ölkə boyu səs xidmətləri və internet-rabitənin yüksək keyfiyyətini təmin etməkdədir. 2013-cü ilin sonuna Azercell Telekom MMC-nin şəbəkəsi 5500 baza stansiyadan ibarət olub ki, onların da 260-dan çoxu məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir və yüksək internet sürəti ilə bərabər, CSFB sistemi üzərindən səsli rabitəni dəstəkləyir. 2013-cü ildə Ookla Net İndex tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini məhz Azercell şirkəti təmin edir. 


Bundan əlavə, hər ikinci abunəçinin fəal mobil internet istifadəçisi olduğu halda, Azercell abunəçiləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olub”. K. Qaburiçin sözlərinə görə, 2013-cü il Azercell üçün ASAN-İmza, “Ağıllı Ev” və s. layihələrlə yadda qalıb: “Ötən il ərzində Azercell dünyanın 100-dən artıq operatoru ilə rouminq tariflərini endirib. Paytaxtda və regionlarda öz xidmət mərkəzləri şəbəkəsinin genişləndiriməsini davam etdirib. Hazırda 560-dan çox müxtəlif xidmət məntəqəsi fəaliyyət göstərir. 

Bu gün şirkətin mobil rabitə şəbəkəsi ölkə əhalisinin 99,8% əhatə edir, abunəçilərin sayı isə 4,5 miyon nəfərə çatıb. 2013-cü ildə Azercell dövlət büdcəsinə təqribən 111 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 17 il ərzində isə 1 milyard manat vəsait ödəyib. Ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 84.5 milyon manat, 17 il ərzində isə 1 milyard manat sərmayə yatırıb. 2013-cü il ərzində şirkət öz əməkdaşlarının peşəkar inkişafına da 1 milyon manat xərcləyib. Sosial layihələrin həyata keçirilməsinə 0,4 milyon manat vəsait sərf edib”. 

Nigar Məmmədli