Azercell öz müştərilərinə daha yaxın gəlir

azercell-oz-musterilerine-daha-yaxin-gelir
Oxunma sayı: 648

Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə həm Bakıda, həm da Bakı ətrafı qəsəbələrdə Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. “Qafqazinfo”nun məlumatına görə, şirkət bu günlərdə Sahil qəs, Zahid Qasımov pros. 24 ünvanında yerləşən Azercell Expres ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEx ofisi “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 19, regionlarda isə 26 Ekspres Ofisi fəaliyyət göstərir.
Azercell ilin sonuna qədər Bakıda və regionlarda AzEx ofislərinin sayını artırmaq niyyətindədir.