Azercell prezidenti “ASAN xidmət”lə tanış oldu

azercell-prezidenti-asan-xidmetle-tanis-oldu
Oxunma sayı: 635

Azercell prezidenti Kiril Qaburiç Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla da görüşüb. Görüş zamanı cənab Qaburiç Azərbaycanda belə bir qurumun olmasından qürur hissi keçirdiyini vurğulayıb: “Bu qurumun fəaliyyətindən minlərlə insan istifadə edir, əvvəllər çətinliklə əldə olunan xidmətlər indi bir neçə dəqiqə ərzində yekunlaşır. İnsanlara qulluq edən belə bir rahat, hərtərəfli xidmət mərkəzinin yaradılmasını alqışlayıram”.

Görüş zamanı Agentliyin sədri İnam Kərimov mərkəzdə göstərilən xidmətlər, həmçinin gələcək planlar haqqında məlumat verib. Qeyd edib ki, yaxın aylarda Bakının bütün rayonları, həmçinin Azərbaycanın bölgələrində də “ASAN xidmət” mərkəzləri yaradılacaq. Bunlarla yanaşı, vətəndaşların işini asanlaşdırmaq üçün “ASAN” səyyar xidmətin göstərilməsi də nəzərdə tutulub.

Sonda Azercell-in nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin əməkdaşları və burada çalışan könüllülərlə söhbət ediblər.