Azercell Qubada ikinci eksklüziv mağazasını istifadəyə verdi

Azercell Qubada ikinci eksklüziv mağazasını istifadəyə verdi
Oxunma sayı: 778

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, Quba şəhəri, Qələbə küçəsi 12 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub.

Mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

Qeyd edək ki, Qubada fəaliyyət göstərəcək bu mağaza da həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim edib. Belə ki, açılış günündə Quba Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə ediblər.

Azercell Telekom il ərzində yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə ərazisində genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi