Azercell şirkəti “Heç bir uşağı nəzərdən qaçırmayaq” mükafatına layiq görüldü

azercell-sirketi-hec-bir-usagi-nezerden-qacirmayaq-mukafatina-layiq-goruldu
Oxunma sayı: 646


Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri bu mükafat hər il uşaq hüquqları sahəsində geniş fəaliyyət göstərən şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Mükafatın məqsədi müxtəlif sahələrdə uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində çalışan, həmin sahədə inkişafa, yaxşılığa doğru dəyişikliyə və islahatlara nail olmuş təşkilatlar və şəxslərin fəaliyyətini qiymətləndirməkdir. Məlumat üçün bildirək ki, Azercell sözügedən mükafata 2006, 2007 və 2009-cu illərdə də layiq görülüb.

Qeyd edək ki, şirkət fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün məlumatlandırma kampaniyaları hayata keçirib, habelə ictimaiyyətin bu sahədə fikir formalaşdırılmasına dəstək olub. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır. “Uşaq Qaynar Xətti”, Mobil Diş Klinikası, Mobil Göz Klinikası, “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsi, “Çək!” asfalt üzərində rəsm müsabiqəsi, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...” və s. Azercell-in uşaqların rifahına yönəldilmiş layihələridir. Ötən dərs ilinin əvvəlində isə Azercell-in həyata keçirdiyi sosial layihə çərçivəsində Bakı və regionlar daxil olmaqla, Quba, Mingəçevir, Lənkəran, Şüvəlan, Mərdəkan, Qaradağ, Sumqayıt, Maştağa, Buzovna, Bilgəh, Pirşağı, Türkan və Suraxanıda yerləşən 19 internat məktəbinin 4 000 nəfər şagirdi üçün dərs ləvazimatları ilə dolu məktəbli çantaları təqdim edildi.

Həyata keçirdiyi önəmli sosial layihələrə görə, Azercell eyni zamanda beynəlxalq səviyyədə də bir sıra mükafatlara layiq görülüb. Belə ki, Azercell “Mobil Diş Klinikası” və “Uşaq Qaynar Xətti” korporativ sosial məsuliyyət layihələrinə görə, 2011-ci ildə nüfuzlu Beynəlxalq Biznes Mükafatını (İnternational Business Awards - Stevie) qazanıb. Onu da qeyd edək ki, Azercell fəaliyyət göstərdiyi 17 il ərzində Korporaiv Sosial Layihələrə 14 milyon manatdan artıq vəsait xərcləyib.