“Azercell tam hazırdır” - Cavab

azercell-tam-hazirdir-cavab
Oxunma sayı: 748

Ötən gün saytımızda Azərbaycanda mobil nömrə daşınması ilə bağlı yazı dərc olunmuşdu. “Qafqazinfo”nun məlumaına görə, yazıda ölkədə fəaliyyət göstərən üç mobil operatordan ikisinin - Bakcell və Nar Mobile-nin Nömrə Daşınmasına texniki cəhətdən hazır olduqları, lakin Azercell-in hələ də hazır olmadığından prosesi yubandırdığı qeyd edilmişdi.

Barəsində səslənənlərlə bağlı dünən Azercell-in mövqeyini öyrənməyə çalışsaq da hec bir cavab ala bilmədik. Bu gün şirkət rəsmi mövqeyini saytımıza göndərərək haqqındakı ittihamlara cavab verib: “Azercell , Sellülar (Mobil) Nömrə Daşınmasına texniki cəhətdən tam olaraq hazırdır. Lakin layihənin icrasına başlanması üçün RİTN tərəfindən əlaqələndirilməli və həll edilməli olan bəzi məsələlərə aydınlıq gətirilməsi gözlənilir”.

Nigar Məmmədli