Azercell Twitter-i pulsuz etdi

azercell-twitter-i-pulsuz-etdi
Oxunma sayı: 636

Azercell Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə dünyanın ən populyar sosial şəbəkələrindən biri – Twitter-dən pulsuz istifadə imkanı yaradır. “Qafqazinfo”nun məlumatına görə, yeni kampaniya 19 aprel – 19 oktyabr 2013-cü il tarixləri arasında Twitter şəbəkəsindən istifadə edən Azercell abunəçiləri üçün nəzərdə tutulub. Kampaniya dövründə heç bir şərt və ya qayda olmadan mobil telefon vasitəsilə Twitter-dən pulsuz istifadə etmək mümkündür.
Kampaniyada istisnasız olaraq bütün Azercell abunəçiləri iştirak edə bilər. Qoşulmaq üçün sadəcə mobil telefondan mobile.twitter.com ünvanına daxil olmaq kifayətdir. Azercell-lilər sosial şəbəkədə olduqları vaxt istədikləri qədər yazışacaq, tvit göndərəcək, xəbərləri izləyəcək, yeni dostlar tapacaq, şəxsi seçimlərə və maraq sahələrinə uyğun operativ məlumatlar əldə edə biləcəklər. Bir sözlə, Pulsuz Twitter kampaniyası şəbəkənin bütün funksiyalarından pulsuz yararlanmağa imkan verir.
Bir müddət əvvəl Azercell Telekom öz abunəçilərinə Facebook-dan pulsuz istifadə imkanı vermişdi. İndi isə Azercell hər kəsə Twitter vasitəsilə dostlarla daha sıx ünsiyyətdə olmaq şansını verir.