“Azercell U-17 Liqası” çempionatının qalibləri mükafatlandırıldı

azercell-u-17-liqasi-cempionatinin-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 654

Uşaqlar arasında keçirilən bu yarışma Azercell Telekom MMC ilə AFFA arasında mövcud olan əməkdaşlıq çərçivəsində mobil operatorun dəstəyilə baş tutub. Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, 2011-2012-ci illəri əhatə edən çempionatda 26 tur oyunlarında 14 komanda iştirak edib. Finalda “İnter” komandası 1-ci, “Qarabağ” komandası 2-ci yerə çıxıb. Təqdimat mərasimində “Ən məhsuldar oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə qaliblər , həmçinin, final görüşündə iştirak etmiş komandalar Azercell Telekom MMC tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Azercell Telekom MMC ilə AFFA arasında əməkdaşlığın təməli 2009-cu ildən qoyulub. Bu müddət ərzində Azercell Azərbaycan futbolu, xüsusilə də uşaq futbolunun inkişafına yönələn bir sıra layihələri reallaşdırıb. Azərbaycanı dünyada tanıtmaq uğrunda bir çox layihələrə imza atan Azercell milli futbolumuzun gücləndirilməsinə və peşəkar futbolçuların yetişdirilməsinə dəstək verməkdə davam edir.

Nigar