Azercell Ucarda yeni Ekspres ofisini istifadəyə verdi

azercell-ucarda-yeni-ekspres-ofisini-istifadeye-verdi
Oxunma sayı: 658


Belə ki, şirkət 17 iyuldan etibarən Ucarda Nəriman Nərimanov küç. 37 ünvanında yeni AzEx ofisini abunəçilərinin ixtiyarına verib. Qeyd edək ki, Ucarda AzEx ofisi açilana qədər ucarlılar Azercell-in Göyçay rayonunda yerləşən AzEx ofisindən istifadə edirdilər. Abunəçilərinin rahatlığını düşünən Azercell ucarlılar üçün AzEx ofisini açmaq qərarına gəldi. Yeni AzEx ofisi “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 19, regionlarda isə 27 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4,, bölgələrdə isə 6 Müştəri Xidməti ofisi fəaliyyət göstərir.  Azercell ilin sonuna qədər Bakıda və regionlarda AzEx ofislərinin sayını artırmaq niyyətindədir.