Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

azercell-usaq-huquqlarinin-qorunmasina-dair-aksiya-kecirir
Oxunma sayı: 717

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş layihə Park Bulvar TM-nin tərəfdaşlığı ilə keçirilir.

“Qafqazinfo” xəbər verir ki, 1949-cu ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alır.

“Azercell Telekom” MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə öz Korporativ Sosial Məsuliyət siyasətində xüsusi önəm verir. Şirkət 2010-cü ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi “Uşaq Qaynar Xətti” xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən “Mobil Diş” və “Mobil Göz” klinikalarının yaradıcısıdır. Eyni zamanda artıq dördüncü ildir ki, Azercell Uşaq Paralimpiya Komitəsinə dəstək verməkdə davam edir. Azercell-in uşaq hüquqlarının qorunması ilə bağlı yeni sosial istiqaməti isə onların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün imkanların genişləndirməsilə bağlıdır və bu sahədə Azercell həm texnoloji addımlar atmış, həm də müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır.