“Azercell” yenidən “Socially devoted” sertifikatına layiq görülüb

azercell-yeniden-socially-devoted-sertifikatina-layiq-gorulub
Oxunma sayı: 649

Telekommunikasiya bazarında  liderliyini qoruyan “Azercell” müştəri xidmətləri sahəsində də innovativ ideya və həll yolları ilə hər zaman seçilir. 

“Qafqazinfo”nun xəbərinə görə, 2018-ci ilin IV rübündə “Azercell”in sosial şəbəkədə göstərdiyi aktivliyi “Socialbakers” şirkəti tərəfindən dəyərləndirilib və  “Azercell” “Socially devoted” sertifikatına layiq görülüb. Beləliklə, “Socialbakers” şirkətinin apardığı araşdırmaya əsasən, “Azercell” rəsmi “Facebook” səhifəsində istifadəçilərin ünvanlandırdığı sualları operativ şəkildə cavablandıraraq 99% nəticə əldə edib.

Nəzərinizə çatdıraq ki,  2012-ci ildə “Facebook” səhifəsində nümayiş etdirdiyi fəaliyyətə görə “Azercell” ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. 

Qeyd edək ki, “Azercell Telecom” MMC ölkəmizdə sosial şəbəkələrdə rəsmi səhifə və onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Bu yeniliklərin tətbiqində şirkətin məqsədi abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlərin operativ çatdırılmasıdır. Hazırda “Azercell” abunəçiləri Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram sosial şəbəkələrinin imkanları vasitəsilə yüksək keyfiyyətli xidmətdən yararlana bilir. Sosial şəbəkələrdə abunəçilər şirkətlə əlaqə qurub, ən qısa zamanda ehtiyacı olan məlumatları əldə edib və müraciətlərinin həllini tapma imkanına malikdirlər.