“Azercell”dən Avropa filmlərinə pulsuz baxış

azercellden-avropa-filmlerine-pulsuz-baxis-
Oxunma sayı: 630

Festival çərçivəsində Avropanın tanınmış rejissorlarının yeni filmləri Azərbaycanlı tamaşaçılara nümayiş etdiriləcək. Avropa İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən festivalda 12 ölkənin istehsalı olan 11 kinolent nümayiş etdiriləcək. Avstriya, Belçika, Almaniya, İtaliya və digər ölkələrdən göndərilən filmlər sırasında istənilən təbəqəyə aid auditoriyanın maraqlarına uyğun olanlarını tapmaq mümkündür. Festival çərçivəsində tamaşaçılar müasir Avropa istehsalı filmlərini pulsuz seyr etməklə yanaşı, dünya şöhrətli rejissor və aktyorlarla təmasda olmaq imkanı da qazanacaqlar. Festivalın açılış mərasimi oktyabrın 6-da Polşa kinematoqrafçılarının “Erratum” filminin nümayişi ilə baş tutacaq.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, İttifaqa üzv dövlətlərin səfirliklərinin “Park Cinema” ilə birlikdə təqdim etdiyi festival Azercell Telekom MMC-nin baş sponsorluğu ilə həyata keçirilir.

Festival çərçivəsində nümayiş etdiriləcək filmlərə giriş pulsuzdur. Bu filmlərə biletləri elə bu gündən Neftçilər prospektində yerləşən “Park Cinema", "Park Bulvar"dan əldə etmək olar. Filmlərin əksəriyyəti ingilis dilində nümayiş etdiriləcək.
Qeyd edək ki, Azercellin Facebook səhifəsi ən aktiv istifadəçiləri üçün biletləri əldə edib. Onları qazanmaq üçün Facebook səhifəsində müxtəlif yarışlarda iştirak etmək lazımdır.

Nigar Məmmədli