“Azercell Telekom” MMC-nin mətbuat xidmətindən Qafqazinfoya verilən məlumata görə, bu gündən etibarən Facebook sosial şəbəkəsindən istifadə edən Azercell abunəçiləri artıq xüsusi proqram vasitəsilə müştəri xidmətlərindən dəstək alacaqlar. Bunun üçün abunəçilər www.facebook.com/Azercell ünvanındakı səhifəyə daxil olaraq Müstəri Xidmətləri proqramının istifadəçiləri olmalıdırlar.
Həmin proqram vasitəsilə Mobil internet, Azercell kampaniyaları, maraqlı sual və mövzular barədə yazılar ilə tanış olmaq olar. Əlavə olaraq, Facebook istifadəçiləri orada ən çox soruşulan suallar ilə tanış olaraq qısa bir zamanda onları maraqlandıran məlumatları əldə edə bilərlər. Bu yeniliyin daha bir özəlliyi odur ki, proqram vasitəsilə şikayət və istək qeydiyyatını, həmçinin online chat müştəri vasitəsilə canlı müştəri xidmətlərinə keçidi əldə etmək olar.
Statiskaya əsasən hazırda Facebook sosial şəbəkəsinin Azərbaycanda 530 minə yaxın istifadəçisi var. Sözügedən xidmət vasitəsilə “Azercell Telekom” Azerbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdə xüsusi proqram vasitə ilə müştərilərinə xidmət göstərən ilk şirkət olur.
Xatırladaq ki, Azercell Müştəri Xidmətləri iyul ayında öz müştərilərinə Online chat vasitəsilə canlı müştəri xidmətlərini istifadəyə verib. Şirkət gələcəkdə də online auditoriya üçün müştəri xidmətləri sahəsində yeni xidmətlərin istifadəyə verilməsini planlaşdırır.
Nigar