“Azercell”dən Qarabağ veteranlarına böyük jest

azercellden-qarabag-veteranlarina-boyuk-jest
Oxunma sayı: 658

“Qafqazinfo” xəbər verir ki, şirkətin prezidenti Kiril Qaburiç bildirib ki, ““Azərbaycan Respublikas ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya” adlı aksiya 1 il davam edəcək: “Qarabağ veteranlarının öz adlarına olan nömrədə balansa yüklədikləri hər məbləğə görə, əlavə eyni həcmdə bonus əldə etmək imkanı yaranacaq. Bonuslar 30 gün ərzində qüvvədə olacaq və şəbəkədaxili zənglər, SMS-lər, MMS-lər üçün nəzərdə tutulub. Bonuslar növbəti aya keçirilməyəcək”.

K. Qaburiç onu da əlavə edib ki, aksiyaya qoşulmaq üçün abunəçilərin Azərcell Müştəri Xidmətlərinə şəxsiyyət və veteran vəsiqəsi təqdim etməsi kifayətdir.

Nigar Məmmədli