Azercellə yaşa, avtomobil qazan!

azercelle-yasa-avtomobil-qazan
Oxunma sayı: 799

Azercell Telekom MMC abonentləri üçün yeni lotereya kampaniyasına başlayıb. “Uğurlu sms 8228” adlı lotereyada bütün Azercell və SimSim abonentləri iştirak edə bilərlər. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, lotereyada iştirak etməklə pul uduşlarına və eyni zamanda bahalı bir avtomobilə sahib olmaq mümkün olacaq.
Lotereyada iştirak etmək üçün Azercell və SimSim abonentləri 8228 qısa nömrəsinə sms göndərməlidirlər. 8228 nömrəsinə göndərilən 1 sms-in qiyməti 1.18 AZN təşkil edir. Azercell-in “Uğurlu sms 8228” lotereyasına qoşulan abonentlər hər gün 1000 AZN, hər həftə möhtəşəm Audi A3 Sportback avtomobili və sonuncu tirajda 100 000 AZN qazanmaq şansı əldə edəcəklər.
Beləliklə Azercell-in “Uğurlu sms 8228” lotereyasına qoşulmaqla siz arzularınızı gerçəkləşdirə bilərsiniz.
Qeyd edək ki, xidmətin şərtləri, gedişatı haqqında ətraflı məlumatı almaq üçün 2729 qisa nömrəsi də fəaliyyət göstərir. Bu nömrəyə sms göndərməklə abonent lotereya barədə məlumat alır. 1 sms-in qiyməti 0.05 AZN təşkil edir. Nəzərə alın ki, bu nömrəyə göndərilən sms-lər lotereyada iştirak etmir.

Nigar Məmmədli