Azercellin dəstəyilə Gənc Mühəndislərin Yay Məktəbi keçirilib

azercellin-desteyile-genc-muhendislerin-yay-mektebi-kecirilib
Oxunma sayı: 793

BP Azərbaycan şirkətinin sponsorluğu və Azercellin dəstəyi ilə keçirilən Yay Məktəbində geoloji araşdırma metodları, neft ixracı və emal texnologiyaları, alternativ enerji istehsalı üsulları, informasiya texnologiyaları və s. maraqlı mövzular haqqında təqdimatlar baş tutub. Azercell-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, təlim zamanı tələbələrin bir sıra müəssisələrə, o cümlədən Azercellə ekskursiyası da təşkil olunub. Bu zaman gənc mühəndislər şirkətin işi, fəaliyyətində tətbiq etdiyi texnologiyalar, inkişaf strategiyası haqqında geniş məlumat alıblar. Onlar şirkətin mütəxəssisləri ilə görüşüb özlərini maraqlandıran suallara cavab almaq imkanı da qazanıblar.

Yay Məktəbinin təlimçiləri sırasında Massaçuses Texnologiya İnstitutu, Moskva Dövlət Universiteti, Oksford Universiteti, Mançester Universiteti, Florida Universiteti, Orta Doğu Texnik Universiteti və Boğaziçi Universiteti məzunları olub. Dərslərdən sonra tələbələr üçün maraqlı sosial proqram da təşkil olunub.
Təlimin sonunda iştirakçılara Azercell tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Nigar Məmmədli