“Azerenerji” elektrik şəbəkələrini qışa hazırlayır

azerenerji-elektrik-sebekelerini-qisa-hazirlayir
Oxunma sayı: 669

Eyni zamanda burada 12 saylı binanın yeraltı kabel xəttinin təmiri mümkün olmadığından həmin binaya 300 metr uzunluğunda yeni SİP tipli kabel xətti çəkilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Kimyaçılar” qəsəbəsində də 970 metr yeni kabel xətləri də çəkilib. Bütün bunlarla yanaşı 14-cü məhəllədə 14 və 15 saylı TM-lər arası kabel xətti təmir edilib və 300 metrə yaxın yeni kabel quraşdırılıb.

Qeyd edək ki, 18, 13, 10, mikrorayonlarda və digər məhəllələrdə aparılan təmir işləri zamanı binalara ümumilikdə 4,1 kilometrdən artıq SİP kabel xətləri çəkilib.
Şamaxı EŞ- dı isə qarşıdan gələn payız-qış mövsümündə elektrik enerjisi verilişində dayanıqlığa nail olmaq üçün artıq bütün yarımstansiya və xətlər üzrə zəruri tədbirlər davam etdirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən müəssisənin xidməti ərazisində cari ilin avqust ayında 110 kV-lik “Şamaxı” yarımstansiyasından çıxan 10 kV-lik “Sabir”, “Telestansiya”, “Çörək zavodu” və “2 saylı Şəhər” HX-lərdə aparılan təmir işləri zamanı ümumilikdə 75 ədəd ağac dayaq dəmir-beton dayaqla və 6,5 kilometr naqil yenisi ilə əvəzlənib.

Yeri gəlmişkən, “Çuxuryurd” yarımstansiyasından doydurulan 4 ədəd, “Meysəri” yarımstansiyasından doydurulan 2 ədəd TM-də də təmir işləri həyata keçirilib.

Nigar Məmmədli