“Azerenerji”nin qaydalarını ən çox əhali istehlakçı qrupu pozur

azerenerjinin-qaydalarini-en-cox-ehali-istehlakci-qrupu-pozur
Oxunma sayı: 647

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ağcabədi EŞ-in xidməti ərazisində keçirilmiş reydlər zamanı 582 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 4 milyon 37,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 242,3 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 46 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Beyləqan EŞ-də 5 ay ərzində müəssisə üzrə 119 qayda pozuntusu aşkar edilərək 460 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 27,6 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 57 faizdən çox hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Füzuli EŞ müəssisəsinin xidməti ərazisində isə hesabat dövründə keçirilmiş reydlər zamanı 70 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və hesabat aparılaraq 922 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 55,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 83 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ümumilikdə isə bu EŞ-lər üzrə elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib.

Nigar Məmmədli