“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu

azerenerjinin-yeni-prezidenti-kollektive-teqdim-olundu
Oxunma sayı: 11113

Bu gün “Azərenerji” ASC-nin yeni prezidenti  Balababa Rzayev kollektivə təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, bir qədər əvvəl təqdimat başa çatıb. 

Qeyd edək ki, dünən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev vəzifəsindən azad olunub, Balababa Rzayev isə “Azərenerji” ASC-nin yeni sədri təyin edilib.

Xatırladaq ki, B. Rzayev  2006-2015-ci illərdə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib.  2015-ci ildə isə "Azərişıq" ASC-nin Sədri vəzifəsinə təyin olunub. 

O, Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib. Daha sonra ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

 Günel Türksoy