“Azerfon” və “Nokia Siemens Network” 80 milyon dollarlıq saziş imzalayıb

azerfon-ve-nokia-siemens-network-80-milyon-dollarliq-sazis-imzalayib
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə “Azerfon” şirkəti ilə “Nokia Siemens Networks” şirkəti 80 milyon ABŞ dolları məbləğində saziş imzalayıb. Bu saziş çərçivəsində NSN şirkəti bu yaxınlarda Azərbaycanda ən geniş 3G şəbəkəsinin qurulmasını başa çatdıracaq.
“NSN şirkəti ilə əməkdaşlıq nəticəsində, 3G stansiyalarının yerləşmə sıxlığının əhalinin sayına nisbəti nəzərə alınmaqla təkcə Azərbaycanda deyil, həm də bütün MDB məkanında əhatə dairəsinə görə ən geniş 3G şəbəkəsi üzərində işləri başa çatdırırıq” – deyə Azerfon şirkətinin Baş İcraçı Direktoru Yurgen Pitz söyləyib.
“Nokia Siemens Networks” şirkətinin Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindəki rəhbəri Ernst Nassi bildirib ki, hazırda “Azərfon” şirkətinin şəbəkəsini “Flexi Multiradio” baza stansiyaları ilə müasirləşdirirlər.

Nigar Məmmədli