“Azərimisin” sözünü təhqir hesab edən türk qıza - 1 il həbs

azerimisin-sozunu-tehqir-hesab-eden-turk-qiza-1-il-hebs
Oxunma sayı: 648

Türkiyənin Trabzon şəhərində polisə “azəriyə bənzər bir halımmı var” deyə cavab verən Çiğdəm Tekdemirə məhkəmə 1 il 2 ay həbs cəzası verib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Trabzonda Taksim Polis mərkəzinə ünvan öyrənmək üçün müraciət edən 30 yaşlı Tekdemirə “polis məmuruna təhqir” ittihamı ilə dava açılıb. Məhkəmə zamanı Tekdemir onun polis məmurunu deyil, əksinə polisin onu təhqir etdiyini deyib: “Polis məmuru məni “sən azərisənmi” deyə təhqir etdi. Mən isə “azəriyə bənzə bir halım varmı” deyə cavab verdim. Polis bunu təhqir kimi qəbul edərək məndən şikayətçi oldu”.

Qeyd edək ki, polisin şikayəti əsasında məsələyə baxan məhkəmə Tekemir barəsində 1 il 2 ay 14 gün həbs cəzası qərarını çıxarıb. Tekdemir bununla bağlı apelyasiya şikayəti verəcəyini bildirib.