““Azəriqaz” düz etmədi, iyli maddəni çox vurdu”- - Millət vəkili

azeriqaz-duz-etmedi-iyli-maddeni-cox-vurdu-
Oxunma sayı: 2834


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilmiş deputat Mixail Zabelin deyib. 

Deputat Lökbatanda dünən baş verən hadisə ilə bağlı  cəmi  40 nəfərin zəhərləndiyini qeyd edib: 

“Onlara da təcili tibbi yardım maşınları kömək edib. Hamısı evdədir. Bir nəfər isə vəfat edib. Səhiyyə Nazirliyinin 115 nəfərin zəhərləndiyi haqda məlumatı düz deyil. Hadisə ilə bağlı Prokurorluqda cinayət işi açılıb.  Mən Qaradağa rayon icra başçısı ilə, prokurorluq nümayəndləri ilə də bu məsələ barədə danışmışam. Hər halda “Azəriqaz” düz etmədi. Qaza o iyli maddəni çox vurdu. Qoy prokurorluq məsələni araşdırsın”

Günel