“Azəriqaz” qeyri-iş günləri də işləyəcək

“Azəriqaz” qeyri-iş günləri də işləyəcək
Oxunma sayı: 1718

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, artan abonent müraciətlərini operativ cavablandırmaq üçün birliyin ixtisaslı kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. 

Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi