“Azəriqaz” yeni xidmət yaradıb

azeriqaz-yeni-xidmet-yaradib
Oxunma sayı: 1787


 “Qafqazinfo” ya daxil olan məlumata görə, İstehsalat Birliyi bu məlumatların həqiqəti əks etdirmədiyini bildirir. “Azəriqaz” İB tərəfindən texniki baxışların keçirilməsinin vacibliyi nəzərə alınaraq, mənzildaxili texniki baxışların keyfiyyətinin yaxşılaşdırılması, qaz sızmalarının aradan qaldırılması, binadaxili qaz kəmərlərinə baxış keçirilməsi və prosesin bir mərkəzdən operativ idarə olunması məqsədilə  Bakı şəhəri və Abşeron rayonu üzrə yeni bir xidmət yaradılıb. Birliyin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərliliyini artırmaq məqsədilə yaradılan bu xidmət  Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi adlanır.

Eyni zamanda, xarici və yeraltı qaz kəmərlərinə vaxtaşırı baxışların keçirilməsi üçün müvafiq təşkilatla müqavilə bağlanmaq ərəfəsindədir. Ən müasir avadanlıqlara malik, təcrübəli xarici mütəxəssislər, o cümlədən Türkiyə Respublikasında kurs keçmiş işçilərdən ibarət olan bu təşkilat qaz kəmərlərinin diaqnostikası, qaz kəmərlərinin üzərində yerləşən kranlarda, kranlı və armaturlu birləşmələrdə,  siyirtmə  və ventillərdə  sızmaların aşkar edilməsi,  şəhər qaz şəbəkəsinin diaqnostikası; qaz kəmərinin marşrutu boyu çətin keçilən ərazilərdə baş verən sızmaların axtarılması, təyini və lokallaşdırılması, qazlaşdırılmış obyektlərin ərazilərinə nəzarət edilməsi üzrə xidmət göstərəcək. 

Qurum mobil avtolaboratoriya ilə təchiz olunacaq ki, bu da şəhər mühitində və eyni zamanda yaşayış məskənlərindən kənarda qaz kəmərlərində baş verən sızmaların dəqiq koordinatlarının təyin edilməsi üçün son diaqnostik avadanlıqlara malik bir sistemdir. Mobil laboratoriya yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmaların aşkar edilməsi  üçün məsafədən idarə olunan lazerli detektor, müxtəlif qaz növlərinin ölçülməsi üçün əldə gəzdirilə bilən fərdi qaz  analizatorları, sinxronlaşdırılmış videomüşahidə sistemi və s. ən müasir avadanlıqlarla təchiz olunub.