“Azəriqaz”dan şad xəbər

azeriqazdan-sad-xeber
Oxunma sayı: 666

“Qafqazinfo”nun AzərTAc-a istinadən məlumatına görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.

185 nömrəli qaynar xəttin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcəkdir. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.

“Azəriqaz” İB-nin hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.