“Azərişığ”ın maşını aşdı - Ölənlər var

azerisigin-masini-asdi
Oxunma sayı: 3229

Qubanın Söhüb kəndində avtomobil dərəyə aşıb. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə ağır vəziyyətdə Quba mərkəzi Rayon Xəstaxanasına aparılıb.

Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.

Qeyd edilir ki, qəzaya düşənlər “Azərişıq” ASC-nin əməkdaşlarıdır.

***

“Azərişığ”ın mətbuat katibi Tanrıverdi Mustafayev "Qafqazinfo"ya bildirib ki, qurumun rəhbər şəxsləri hadisə yerinə yollanıb. Ətraflı məlumat veriləcək. 

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəzada xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Saleh Abzər oğlu Abdullayev (1992-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini) sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu ilə, İlkin Mahir oğlu Rəsulov (1984-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini) kəllə-beyin travması, hər iki budun orta üçdə birinin sınığı, sol baldırın sınığı, soporoz hal diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti kritik kimi qiymətləndirilir.