“Azərişıq” artıq “İnstagram”da

azerisiq-artiq-instagramda
Oxunma sayı: 1593

Abonentlərinə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, ASAN “xidmət” vasitəsi ilə həyata keçirilən işlərin operativliyi məqsədi ilə “Azərişıq” ASC tərəfindən sosial şəbəklərdə yeni səhifələr fəaliyyətə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, Səhmdar Cəmiyyətin “Azerishiq ASC” facebook səhifəsi ilə yanaşı yeni “Azerishiq.az” facebook səhifəsi, eyni zamanda “Azerishiq.az” instagram səhifələri yaradılıb. Yeni yaradılan “facebook” və “instagram” səhifələrində “Azərişıq” ASC-nin ASAN “xidmət” vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər yer alacaq.